Boğaz ağrısı zamanı bəzi qidalar xəstəliyin gedişatını daha da ağırlaşdıra, qıcıqlanmanı artıraraq sağalmanı ləngidə bilər.
Bizim.Media xəbər verir ki, mütəxəssislər bu qidaların istifadəsini qətiyyən tövsiyə etmir:
Çox isti və ya çox soyuq qidalar - selikli qişaya zərər verə bilər.
Acılı və ədviyyatlı yeməklər (istiot, acı souslar, sirkəli məhsullar) - yanma və qıcıqlanmanı artırır.
Qızardılmış və yağlı yeməklər - həzmi çətinləşdirir və boğazı qıcıqlandırır.
Quru və sərt qidalar (çips, suxarı, biskvit, quru çörək) - boğazı cıza bilər.
Qazlı və enerji içkiləri - əlavə iltihab yaradır.
Çox şirin məhsullar (tort, şokolad, şirniyyat) - bakteriyaların çoxalmasını sürətləndirir.
Turş meyvələr və qidalar (portağal, limon, ananas, pomidor) - boğazda yanma hissini gücləndirir.
Əvəzində boğaz ağrısı zamanı ilıq və yumşaq qidalar - toyuq bulyonu, ilıq süd, yumşaq sıyıq, banan və bal əlavə olunmuş çay daha faydalı hesab edilir. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:15 / 27.08.2025
Boğaz ağrısı zamanı uzaq durmalı olduğunuz qidalar
Hazırda oxunan: Boğaz ağrısı zamanı uzaq durmalı olduğunuz qidalar
Hazırda oxunan: Boğaz ağrısı zamanı uzaq durmalı olduğunuz qidalar
267253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.