Xəbər verdiyimiz kimi, gecə saatlarında Xəzər dənizi sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb. Təkanlar Azərbaycanın şimal rayonlarında da hiss olunub.
Zəlzələ nəticəsində dağıntı qeydə alınıb?
Bizim.Media-nın yerli bürosu məsələ ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
MÖVZU İLƏ BAĞLI
Xəzər sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - YENİLƏNİB
Sorğumuza cavab olaraq bildirilib:
"27.08.2025-ci il tarixində yerli vaxtla saat 00.33 dəqiqədə Qusar seysmik stansiyasından 94 km şimalda-Dağıstan Respublikası ərazisində 74 km dərinliyində 5,4 bal maqnituda zəlzələ qeydə alınıb.Zəlzələ Xaçmaz rayonunda 3-4 bala qədər hiss olunub, heç bir dağıntı baş verməyib".
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu