“26 avqust 2025-ci il tarixində Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı partlayış baş verib”.
Bu barədə Bizim.Media-ya Bərpa,Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Zərdab sakini həmyerlisini BIÇAQLADI
Qeyd edilib ki, partlayış nəticəsində heç bir dağıntı və ya yanğın baş verməyib.
Yoxlanışı həyata keçirən 3 məsul şəxs və 1 nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı bir təhlükə yoxdur.
Bizim.Media