Göz rənginiz hansı xəstəliklərə meylli olduğunuzu GÖSTƏRİR

Göz rənginiz hansı xəstəliklərə meylli olduğunuzu GÖSTƏRİR

Hazırda oxunan: Göz rənginiz hansı xəstəliklərə meylli olduğunuzu GÖSTƏRİR

267205

Gözlərinizin rəngi hansı xəstəliklərə meylli olduğunuzu göstərə bilər.

Bizim.Media xəbər verir ki, yeni elmi məlumatlara görə, gözün rəng dairəsinin çaları təkcə genetikaya bağlı deyil, həm də müəyyən xəstəliklərin inkişaf riskiylə əlaqəlidir.

Həkimlər sağlamlıq vəziyyətinə diqqətlə yanaşmağı, bunu müəyyən qədər göz rəngi ilə də əlaqələndirməyi tövsiyə edirlər.

Mavi və açıq rəngli gözlər

Dəri xərçəngi riski daha yüksəkdir, buna görə də ultrabənövşəyi şüalardan qorunma vacibdir.

Araşdırmalara görə, açıqgözlü insanlarda alkoqolizmə və yaşla bağlı xəstəliklərə meyillilik daha çoxdur.

Tor qişanın “sarı ləkə” (makula) degenerasiyası nəticəsində korluq inkişafetmə ehtimalı təxminən 50% artmış olur.

Bununla yanaşı, belə insanlarda vitiliqo (dərinin bəzi hissələrinin rəngini itirməsi) daha az rast gəlinir və doğuş zamanı daha az ağrı hiss edə bilərlər (Amerika Ağrı Cəmiyyəti məlumatına görə).

Qəhvəyi və tünd rəngli gözlər

Daha çox katarakta diaqnozu qoyulur, amma yaşla əlaqədar eşitmə itkisi onlara demək olar ki, təhlükə yaratmır.
 

Psixoaktiv maddələr və narkotiklərin qəbulu asılılıq riskini artırır, buna görə bu dərmanlardan xüsusilə ehtiyatla istifadə olunmalıdır.


Mütəxəssislər vurğulayırlar ki, bu tövsiyələr profilaktik xarakter daşıyır. Rəngdən asılı olmayaraq, sağlam həyat tərzi və mütəmadi tibbi müayinələr hər cür riskin azaldılmasında əsas amildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO