Ağstafa rayonunun Yuxarı Göycəli kəndi istiqamətində baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bildirilir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Qeyd edək ki, rayonun Dağ Kəsəmənli və Ağköynək istiqamətində yanğınların söndürülməsi əməliyyatı davam edir.
Bizim.Media