Nəsimini II Fəxri Xiyabanda dəfn edəcəklər? - Aqil Abbasdan ETİRAZ

Nəsimini II Fəxri Xiyabanda dəfn edəcəklər? - Aqil Abbasdan ETİRAZ

Hazırda oxunan: Nəsimini II Fəxri Xiyabanda dəfn edəcəklər? - Aqil Abbasdan ETİRAZ

267155

Azərbaycan böyük şair İmadəddin Nəsiminin məzarını Suriyadan Azərbaycana gətirilməsində maraqlıdır. Hətta artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin danışıqlar aparılıb.

Amma ziyalılar və ədiblər arasında fikirlər haçalanlıb.

Millət vəkili, yazıçı Aqil Abbas Bizim.Media-ya açıqlamasında bildirib ki, o zaman xarici ölkələrdə dəfn olunan bütün azərbaycanlıları gətirib burda dəfn etsinlər.

“Mən də qarşı çıxıram, olmaz. Onda Məmməd Əmin Rəsulzadəni, Ceyhun Hacıbəylini, Gürcüstünda dəf olunmuş digər cumhuriyyət liderlərini gətirib vətəndə basdırsınlar. Belə şey olar? Harda yatırlar, qoy yatsınlar, niyə onların ruhlarını təhqir edirlər? Lap tutalım gətirdilər, gətirib harda basdıracaqlar? İkinci Fəxri Xiyabanda?

Nazim Hikmət yazır ki, ölülərinizi bərəkət toxumu kimi basdırın torpağa. Gah Varnada, gah Praqada, gah İstanbulda. İndi bizim bərəkət toxumumuzu basdırıblar Suriyada. Elə Suriya o vaxt Azərbaycan torpağı idi. Bu mənasız addımdır”.

Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin məzarı dağıntılara məruz qalıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO