Bu il ərzində Xankəndi şəhərində yerləşən Dövlət Dram Teatrının binasının bərpası planlaşdırılır.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, bununla yanaşı Lənkəran şəhərində yerləşən Dairəvi qala, Bakı şəhərində yerləşən Kiçik Mərdəkan qəsri, Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən Məscidin də bərpası nəzərdə tutulub.
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği - bəndinə uyğun olaraq hazırlanıb.
Günay Şahmar, Bizim.Media