Moped sürən azyaşlılarla bağlı XƏBƏRDARLIQ – VİDEO

Moped sürən azyaşlılarla bağlı XƏBƏRDARLIQ – VİDEO

Hazırda oxunan: Moped sürən azyaşlılarla bağlı XƏBƏRDARLIQ – VİDEO

267078

Azyaşlı uşaqların moped və motosiklet idarə etməsi yolverilməzdir.

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan profilaktik tədbirlərə baxmayaraq, bəzi moped və motosiklet sürücüləri hələ də yollarda məsuliyyətsiz və təhlükəli davranışlardan əl çəkmirlər:

"Bu cür qayda pozuntuları yalnız həmin sürücülərin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Qeyd olunmalıdır ki, son zamanlar azyaşlı uşaqların moped və motosikletləri əyləncə məqsədilə ümumi istifadədə olan yollarda idarə etməsi hallarına rast gəlinir. Bu, həm yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, həm də onların sağlamlığı və həyatının birbaşa təhlükə altına düşməsi deməkdir. Unudulmamalıdır ki, nəqliyyat vasitəsini idarə etmək xüsusi bilik, bacarıq və məsuliyyət tələb edir və uşaqların belə hərəkətlərə yol verməsi qanunla qadağandır".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün valideynlərə müraciət edərək övladlarının bu kimi təhlükəli hərəkətlərinə laqeyd qalmamağa, onlara ciddi nəzarət etməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO