Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün 10.00-dan...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün 10.00-dan...

Hazırda oxunan: Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün 10.00-dan...

267074

Bu gün Bakının Xətai və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Bizim.Media Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar avqustun 26-da saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonu, Əhmədli, Həzi Aslanov qəsəbələrinin, Ş.Səmədov, K.Kərimov, M.Davud küçələrinin və Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO