Kitabxana müdiri vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi BAŞLADI

Kitabxana müdiri vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi BAŞLADI

Hazırda oxunan: Kitabxana müdiri vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi BAŞLADI

267053

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, həmçinin, məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
 

Bildirilib ki, qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.


Müsahibə mərhələsində namizədlərin peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılır.

Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO