Nihatın meyiti iki ay sonra ancaq bu üsulla tapıldı - FOTO

Nihatın meyiti iki ay sonra ancaq bu üsulla tapıldı - FOTO

Hazırda oxunan: Nihatın meyiti iki ay sonra ancaq bu üsulla tapıldı - FOTO

267004

Füzulidə iki ay öncə kanalda batan yeniyətmənin axtarışlarını davam etdirmək üçün Baş Mil kanalının suyu qurudulub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə baş verən gündən kanal boyunca 20 gün axtarış aparılsa da, dərin tunel hissəsində suyun çoxluğu səbəbindən orada lazımi şəkildə baxış keçirilməyib.

Bu səbəbdən bu gün Nağızadə Nihat Vüqar oğlunun axtarışları üçün, Baş Mil kanalının Füzuli rayonu Böyük Bəhmənli ərazisindəki Birinci Bunkerdə suyun tamamilə qurudulub.
 

Qeyd edək ki, əslən Aşağı Seyidəhmədli kəndindən olan və Zobucuq 4 qəsəbəsində yaşamış 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə iyunun 26-da rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda batmışdı.


Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, həmçinin Mülki müdafiə qoşunlarının qüvvələri yenidən yeniyetmənin meyitinin axtarışlarına başlayıb.

Axtarışlar nəticəsində Nihat Nağızadənin meyiti tapılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO