Tələbə adı qazanan gənclərin siyahısı ELAN OLUNDU

Tələbə adı qazanan gənclərin siyahısı ELAN OLUNDU

Hazırda oxunan: Tələbə adı qazanan gənclərin siyahısı ELAN OLUNDU

266979

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib.

Bizim.Media xəbər verir ki, jurnalda 2025/2026-cı tədris ili üçün  orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Abituriyentlərin NƏZƏRİNƏ! Boş qalan plan yerlərinin sayı açıqlandı


Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 28 avqust – 2 sentyabr tarixlərində aparılacaq.

“Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2024-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc edilib.  

Bundan əlavə, Dövlət İmtahan mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib.
 

Bu nömrədə 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) dərc edilib. 


Bu nömrədə eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO