Yeni tədris ili üçün əmr imzalandı: Müddət həftədə 4 günə endirildi

Yeni tədris ili üçün əmr imzalandı: Müddət həftədə 4 günə endirildi

Hazırda oxunan: Yeni tədris ili üçün əmr imzalandı: Müddət həftədə 4 günə endirildi

266966

Elm və Təhsil Nazirliyi 2025-2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planlarını təsdiqləyib. Nazir Emin Əmrullayevin imzaladığı əmrdə həm məktəbəhazırlıq qruplarının təşkili qaydaları, həm də tədrisin məzmununa dair bir sıra yeniliklər əksini tapıb.
 

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçirilir.


Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Yeni plana əsasən, məktəbəhazırlıq qruplarında uşaqların sayı, məşğələlərin keçirilmə müddəti və forması dəqiqləşdirilib. Bundan əlavə, ümumi təhsil müəssisələrində xarici dillərin tədrisinə dair dəyişikliklər də nəzərdə tutulub. Artıq bütün məktəblərdə xarici dilin tədrisinə I sinifdən başlanacaq və şagirdlərə təqdim edilən dillər sırasında ingilis, alman, fransız, rus, ərəb və fars dilləri yer alacaq.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov News24.az-a açıqlamasında məktəbə hazırlığın təşkili ilə bağlı qaydaların köhnə olduğunu diqqətə çatdırıb:

“Məktəbə hazırlığın təşkili qaydaları Nazirlər Kabinetinin 8 yanvar 2010-cu il tarixli 4 nömrəli qərarı ilə tənzimlənir. Amma məktəbə hazırlıqda tədrisin təşkili ilə bağlı ayrıca qaydalar mövcud deyil. Sonuncu dəfə bu qaydalar 2001-ci ilin avqustunda təsdiqlənib. Artıq təhsil sistemində bu məsələlərə yenidən baxılmalıdır”.

Ekspert hesab edir ki, məktəbə hazırlıq məktəbəqədər təhsilin tərkib hissəsi olduğundan, burada ibtidai sinif müəllimlərinin dərs aparması effektiv nəticə vermir:

“Ümumtəhsil məktəblərində ibtidai sinif müəllimlərinin məktəbə hazırlığı keçməsi düzgün deyil. Çünki dövlət hər il böyük vəsait ayıraraq məktəbəqədər təhsil üzrə kadrların hazırlanmasına xüsusi diqqət göstərir. Bu sahədə peşəkar mütəxəssislər yetişdirildiyi halda onların prosesdən kənarda qalması ciddi problemdir.”

Elşən Qafarov həmçinin məktəbəhazırlıq qruplarında uşaqların say həddini də yüksək hesab edir:

“Bir sinifdə maksimal 30 nəfərin olması tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Normalda bu rəqəm 20 nəfəri keçməməlidir. Təəssüf ki, mövcud qaydalar 30 nəfərlik qrupları nəzərdə tutur. Bu isə həm müəllim-uşaq ünsiyyətini, həm də təlim prosesinin effektivliyini zəiflədir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO