Rahat yuxu üçün ən yaxşı temperatur AÇIQLANDI

Rahat yuxu üçün ən yaxşı temperatur AÇIQLANDI

Hazırda oxunan: Rahat yuxu üçün ən yaxşı temperatur AÇIQLANDI

266930

"Otaqda temperaturun 18–22 dərəcə arasında olması rahat yuxu üçün uyğundur".

Bizim.Media “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə həkim Aleksandr Konkov danışıb. 

Onun sözlərinə görə, temperatur bundan yuxarı və ya aşağı olduqda yuxunun keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşür:

“Somnolojiya və fiziologiya sahəsində aparılan araşdırmalara görə, yuxu üçün ən optimal temperatur 18–22 dərəcədir. Bu şəraitdə orqanizm daha asan dərin yuxu fazasına keçir və termorequlyasiya pozulmur. Temperatur 24 dərəcədən yuxarı olduqda tərləmə artır, ürək ritmi pozulur və yuxunun keyfiyyəti azalır”.

Həkim qeyd edib ki, temperatur 16 dərəcədən aşağı olduqda isə bədən isinməyə enerji sərf edir və bu da rahatlanmağa mane olur.

Bununla belə, o vurğulayıb ki, otağı havalandırmaq mütləqdir, çünki təmiz hava oksigen mübadiləsini yaxşılaşdırır:

“Nəfəs alan (hava keçirən) yataq dəstindən istifadə edin. Bu, bədənin temperaturunu tənzimləməyə kömək edir. Əgər isti olarsa, yastığı soyudun və ya ventilyatordan istifadə edin. Soyuq olanda isə ayaqları qızdırmaq faydalıdır.”

Bundan əlavə, körpələr üçün optimal temperatur 20–22 dərəcədir. Yuxu pozğunluğu olan insanlar üçün isə 17–19 dərəcə daha uyğundur. Bu, yuxuya getmə prosesini sürətləndirir. (Ölkə.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO