“Hər 4 körpədən 3-ü qeysəriyyə əməliyyatı ilə dünyaya gəlir” – Ginekoloqdan HƏYƏCAN TƏBİLİ

“Hər 4 körpədən 3-ü qeysəriyyə əməliyyatı ilə dünyaya gəlir” – Ginekoloqdan HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: “Hər 4 körpədən 3-ü qeysəriyyə əməliyyatı ilə dünyaya gəlir” – Ginekoloqdan HƏYƏCAN TƏBİLİ

266904

Azərbaycanda qeysəriyyə yolu ilə doğuşların sayı artıb. Bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.

Məlumata  görə, 2024-cü ildə hamilə qadınlar üzərində 69 913 qeysəriyyə əməliyyatı aparılıb. 2023-cü ildə isə bu rəqəm 66 584 olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Son 10 ildə doğum səviyyəsi kəskin ENİB - Ailələr niyə az uşaqla kifayətlənir?


Statistik rəqəmlər göstərir ki, ölkəmizdə qeysəriyyə əməliyyatlarının sayı son illər artmaqda davam edir. 

Məsələn, 2010-cu ildə qeysər kəsiyi əməliyyatlarının sayı 22 746 olubsa, 5 il sonra - (2015-ci ildə) 45 942, 2020-ci ildə 49 897-ə yüksəlib. 

Ümumilikdə ölkəmizdə 2024-cü ildə respublika üzrə 101 066 doğuşun 74 563-ü təbii yolla baş verib. 

Bəs bu dinamikanın səbəbi nədir?

Suala cavab verən həkim-ginekoloq Təranə Həsənova Bizim.Media-ya açıqlamasında deyib ki, son 10 il ərzində qeysəriyyə əməliyyatlarının artımına görə Azərbaycan ilk yerlərə iddialıdır:

“Hazırda hər 4 körpədən 3-ü qeysəriyyə əməliyyatı ilə dünyaya gəlir. Bu isə heç də xoşa gələn bir şey deyil ki, qeysəriyyə əməliyyatlarının sayı, təbii doğumun sayını üstələyib. Bunun da bir sıra səbəbləri var. Bəzən həkimlər tərəfindən qeysəriyyə əməliyyatı təşviq olunur. Çünki bu əməliyyatı həkimlər daha rahat və tez həyata keçirirlər.Təbii doğuşda isə həkim bəzən saatlarla dayanıb müşahidə etməli olur. Qeysəriyyə əməliyyatlarının artımına əsas səbəbsə valideynlərdir. Onlar çox zaman həkimi məcbur edirlər ki, qeysəriyyə əməliyyatı keçirilsin.

Hətta həkim bu tələblə razılaşmayanda o zaman pasiyent digər həkim tələb edir və yaxud xəstəxananı dəyişir. Qadınlarımızın çoxu nədənsə təbii doğuşdan qaçır və özlərinə də belə haqq qazandırırlar ki, “baldızım, qonşum, rəfiqəm və daha kimlər bu yolla doğuş həyata keçirib, ona görə də mən də bunu istəyirəm”. Beləcə qeysəriyyə əməliyyatlarının sayı günbəgün artır”.

Bəs təbii doğuşun hansı faydaları var?

Müsahibimiz onu da qeyd edib ki, normal doğuş fizioloji bir prosesdir:
 

”Normal doğuş qadın orqanizminə çox xeyirlidir və bu zaman qadın orqanizmi sözün həqiqi mənasında sağlamlaşır, kamilləşir. Uşaqlıq yolunda olan vəzlər aktivləşir. Nəticədə qadının ikinci funksiyaları da sanki ən kamil vəziyyətə çatmış olur. Normal doğuşdan dərhal sonra qadın ayağa qalxa bilir və heç bir problem yaşamır.


Lakin qeysəriyyə əməliyyatlarından sonra qadın xeyli müddət yataqda qalır və bəzi hallarda isə ciddi fəsadlarla qarşılaşır. Bundan başqa təbii doğuşdan sonra ananın döşünə həmən süd gəlir ki, bu da körpənin normal qidalanması üçün vacib amildir”, - deyə ginekoloq fikirlərini belə sonlandırıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO