Xəbər verdiyimiz kimi, avqustun 24-də “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda yanğın baş verib. Hadisə nəticəsində 13 nəfər tüstüdən zəhərlənib. Bu gün səhər saatlarında isə yanğın məhdudlaşdırılıb.
Yanğınla bağlı Bizim.Media-ya açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim bildirib ki, yanğın “Sədərək” ticarət mərkəzinin ərazisində baş versə də, həmin anbarlar başqa şirkətə aiddir:
MÖVZU İLƏ BAĞLI:
"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ÖDƏYƏCƏK?
“Həmin anbarların bizim ticarət mərkəzinə aidiyyəti yoxdur. Bu bizə aid olmadığına görə, dəymiş zərərin ödənilməsi ilə bağlı heç bir açıqlama verə bilmirik.
Ümumilikdə isə, “Sədərək” Ticarət Mərkəzində sahibkarlarla müqavilə bağlandıqda ilkin vacib şərtlərimizdən biri sığortanın olmasıdır. Qarşı tərəf buna əməl etməlidir. Müəyyən sığorta şirkətləri burada işləyirlər. Lakin zaman-zaman sığorta şirkətləri ilə sahibkarlar arasında müəyyən narazılıqlar olub.
Anbar isə bizə aid olmadığına görə nə zərərin miqdarını, nə də zərəri kimin ödəyəcəyini bilmirik”.
Aygün Hüseyn, Bizim.Media