Ucarda AĞIR QƏZA – Yaralanan var

Ucarda AĞIR QƏZA – Yaralanan var

Hazırda oxunan: Ucarda AĞIR QƏZA – Yaralanan var

266862

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə "VAZ 2107"-nin sürücüsü, 1966-cı il təvəllüdlü Cahangir Heydər oğlu Temirov aldığı müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO