Qaxda xadimə işləyən qadın 37 yaşında tələbə oldu - Video

Qaxda xadimə işləyən qadın 37 yaşında tələbə oldu - Video

Hazırda oxunan: Qaxda xadimə işləyən qadın 37 yaşında tələbə oldu - Video

266860

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.

Bizim.Media xəbər verir ki, valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.

O, bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb.  

Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar  Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub. 

O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib. 

Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub. 

Ətraflı “Baku Tv”-nin  videomaterialında:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO