Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhsulun ölüm təhlükəsi var

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhsulun ölüm təhlükəsi var

Hazırda oxunan: Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhsulun ölüm təhlükəsi var

266836

Alimlər bir məhsulun təhlükəsi barədə xəbərdarlıq ediblər

Bizim.Media xəbər verir ki, Oslo Universitetində Xyetil Retterstelin rəhbərliyi ilə aparılan araşdırmaya görə, tam (yağlı) südün istehlakı ilə yüksək ölüm riski arasında əlaqə mövcuddur.

Norveçli alimlər 1974–1988-ci illər arasında 73 min sakinin məlumatlarını təhlil ediblər. Nəticədə məlum olub ki, yağlılığı təxminən 3,5 faiz olan südü qəbul edənlərdə ürək-damar xəstəliklərindən və ümumilikdə müxtəlif səbəblərdən ölüm riski artıb.

Yağlılığı 1,5 faizdən az olan südün istifadəsi isə belə risklərlə əlaqələndirilməyib.

Eyni zamanda vurğulanır ki, bu əlaqənin səbəb-nəticə xarakterli olduğuna dair sübut təqdim olunmayıb. Həmçinin araşdırmada südlü əlavələrin istifadəsi izlənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO