Astarada 72 yaşlı kişi dənizdə BOĞULDU

Astarada 72 yaşlı kişi dənizdə BOĞULDU

Hazırda oxunan: Astarada 72 yaşlı kişi dənizdə BOĞULDU

266829

Astarada bədbəxt hadisə nəticəsində ahıl kişi həyatını itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qamışoba kəndi ərazisində, Xəzər dənizi sahilində qeydə alınıb.

Astara rayonunun Bala Şahağac kənd sakini, 1953-cü il təvəllüdlü Xudaverdi Ağarza oğlu Məmmədov dənizdə olarkən ürəktutması olub və boğularaq ölüb. Onun meyitini ətrafda çimən şəxslər sudan çıxarıblar.

Məlum olub ki, X.Məmmədov lal və kar imiş. Onun şəxsi əşyaları hadisə yerindən təxminən 100 metr aralıda aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO