Füzuliyə ezam olunan ANAMA əməkdaşı minaya düşdü

Füzuliyə ezam olunan ANAMA əməkdaşı minaya düşdü

Hazırda oxunan: Füzuliyə ezam olunan ANAMA əməkdaşı minaya düşdü

2668

Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu gün saat 19 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı, 1979-cu il təvəllüdlü Xudiyev Asif Mürsəl oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə dərhal baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO