Lənkəranda Bakıdan qonaq gedən qadın faciəli şəkildə həyatını itirdi

Lənkəranda Bakıdan qonaq gedən qadın faciəli şəkildə həyatını itirdi

Hazırda oxunan: Lənkəranda Bakıdan qonaq gedən qadın faciəli şəkildə həyatını itirdi

266752

Lənkəran rayonunun Vel kəndində Bakıdan qonaq gedən qadın faciəli şəkildə həyatını itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1980-ci il təvəllüdlü, üç uşaq anası Tünzalə Hidayət qızı Ələkbərova istirahət məqsədilə tanışının evinə gedib.
 

O, balkonda dayandığı zaman məhəccərə söykənib. Məhəccərin qopması nəticəsində qadın hündürlükdən yıxılaraq başından ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.


Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO