Məşhur britaniyalı diler və “Wheeler Dealers” proqramının aparıcısı Mayk Brüer öz təcrübəsinə görə ən etibarlı hesab olunan avtomobilləri adlandırıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, eksklüziv müsahibəsində o bildirib ki, məhz “Kia” ən yaxşı nəticələri göstərir, çünki bu brendin avtomobilləri satıldıqdan sonra demək olar ki, heç vaxt problemlərlə servisə qayıtmır.
Brüer izah edib ki, şirkətin populyarlığı və nüfuzunda əsas rolu “Kia Sportage” krossoveri oynayıb, hansı ki, bir çox ölkələrdə bestsellerə çevrilib. Bundan əlavə, istehsalçı “Niro” və “EV6” modelləri ilə elektromobil bazarına fəal şəkildə daxil olaraq, müasir seqmentdə mövcudluğunu genişləndirir.
Ekspertin fikrincə, təkcə “Kia” deyil, həm də digər koreya, yapon və çin markaları, xüsusilə “Hyundai” və BYD, etibarlılıq, eləcə də yığım keyfiyyəti üzrə daima yüksək qiymətlər qazanır. O vurğulayıb ki, Asiya istehsalçıları artıq çoxdan etibarlı imic qazanıblar, lakin alman markaları da bazarda güclü oyunçu olaraq qalırlar.
“Əgər biz ay ərzində otuz “Ford Transit” satırıqsa, onların birini mühərrik xəbərdarlıq lampası və ya hər hansı kiçik nasazlıq səbəbilə geri qayıtdığını görə bilərik. Amma əgər biz “Kia” satırıqsa, onlara əl yelləyib vida edirik və bir daha onları görmürük”, — deyə Brüer qeyd edib.
O həmçinin istifadə olunmuş avtomobil alanlara mütləq şəkildə nəqliyyat vasitəsinin tarixçəsini onlayn alətlər vasitəsilə yoxlamağı məsləhət görüb: texniki baxış və yürüş məlumatlarından tutmuş modellərin geri çağırılması barədə informasiyaya qədər. Bununla yanaşı, o vurğulayıb ki, bu gün ümumiyyətlə pis avtomobil azdır, çünki müasir modellərin əksəriyyəti yüksək keyfiyyət standartlarına cavab verir. (lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:17 / 23.08.2025
Hansı avtomobil markası daha etibarlıdır? - Mütəxəssis DANIŞDI
Hazırda oxunan: Hansı avtomobil markası daha etibarlıdır? - Mütəxəssis DANIŞDI
Hazırda oxunan: Hansı avtomobil markası daha etibarlıdır? - Mütəxəssis DANIŞDI
266716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.