Ağstafadakı dəhşətli qəzanın TƏFƏRRÜATLARI

Ağstafadakı dəhşətli qəzanın TƏFƏRRÜATLARI

Hazırda oxunan: Ağstafadakı dəhşətli qəzanın TƏFƏRRÜATLARI

266690

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Böyükkəsik - Saloğlu yolunda baş verib.

"Toyota" markalı avtomobilin aşması nəticəsində 2002-ci il təvəllüdlü Zəlimxan kənd sakini Ayxan Məmmədov hadisə yerində vəfat edib.

Avtomobildə olan daha bir nəfər isə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, A. Məmmədov yaxın günlərdə diplom alıbmış və dostları ilə bu hadisəni qeyd etmək istəyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO