Daha bir məktəbin bütün məzunları tələbə adını qazandılar – FOTO

Daha bir məktəbin bütün məzunları tələbə adını qazandılar – FOTO

Hazırda oxunan: Daha bir məktəbin bütün məzunları tələbə adını qazandılar – FOTO

266662

İşğaldan azad olunmuş Ağdərə rayonunun Talış kənd tam orta məktəbinin məzunları növbəti uğura imza atıblar.
 

MÖVZU İLƏ BAĞLI

Bu kəndin bütün məzunları tələbə adını qazandı - FOTO


Bizim.Media xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2024-2025-ci tədris ili üzrə məktəbin buraxılış sinfini bitirən bütün şagirdlər ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar:
 

"Ən yüksək nəticəni Nigar Məmmədli göstərib. O, 609 balla Bakı Dövlət Universitetinə qəbul olunub. Digər məzunlardan Lalə Alışova Memarlıq və İnşaat Universitetində, Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetində təhsillərini davam etdirəcəklər".


Qeyd edək ki, Talış kənd tam orta məktəbini bu il ümumilikdə dörd nəfər bitirib və onların hər biri tələbə adını qazanmaqla məktəbin tarixində mühüm nailiyyətə imza atıblar.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO