DİN Səbaildə əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

DİN Səbaildə əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Hazırda oxunan: DİN Səbaildə əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

266633

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Elnur Məmmədov saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN məlumat verib.

Onun avtomobilindən 10 kiloqram 45 qram narkotik vasitə olan marixuana aşkarlanıb.
 

E.Məmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və pul müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Məmmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO