"Çox istəyərəm ki, məzarıma gəlsin" - Şəhidin arzusu

Hazırda oxunan: "Çox istəyərəm ki, məzarıma gəlsin" - Şəhidin arzusu

2666

Amerikada yaşayan azərbaycanlı reper, keçmiş HOST qrupunun üzvü Orxan Zeynallı şəhidlə bağlı təsirli paylaşımı ilə diqqət çəkib.

Bir neçə gün bundan qabaq, hələ Şuşa zəfərindən də öncə mesaj qutuma bir ismarıc gəldi. Yazan döyüş bölgəsində olan Xüsusi Təyinatlı idi. Mənə bildirdi ki, bir neçə gün öncə döyüşə girməzdən qabaq yanındakı əsgər məndən danışıb və deyib:

“Orxanla görüşməyi çox istəyirəm". Bir gün Amerikaya getsəm, mütləq tapacam onu. Amma, səndən xahiş edirəm ki, şəhid olsam, ona bildir. Çox istəyərəm ki, mən onun yanına gedə bilməsəm də o mənim məzarıma gəlsin”.

Bizim.Media bildirir ki, bu sözləri  Orxan Zeynallı şəhidimiz haqqında söyləyib. Reper həmçinin söz verir ki, Azərbaycana gələn kimi ilk evinə yox, şəhidimizin məzarına ziyarətə gedəcək. 

“Yoldaşı bu son sözlərini mənə çatdırır. Təkcə adı və Mingəçevirdə dəfn olunduğu məlum idi. Lakin qismətə bax ki, qardaşımızın adı Əzəmidir - nadir ad".

"Bu adı ilk dəfə idi eşidirdim və kimliyini də dərhal tapdıq. Yaxın günlərdə də ailəsi ilə həm ailəm, həm də özüm danışacağam. Hər kəs qarşısında söz verirəm ki, Azərbaycana ayaq basacağım gün öz evimdən qabaq məhz onun yanına gedəcəyəm".

"Əslində, nə yazmağa, nə də yanına gedəndə deyəcəyim sözləri tapa bilmirəm. Keçirdiyim hisslərimi də ifadə etmək alınmır - bu dəfə alınmır".

"Bir qəhrəmanın dilində olmağın qüruru, yoxsa həyatın bu qədər kədərli ola bilməsi... Tanımadığım insanları hələ heç vaxt bu qədər özümə doğma hiss etməmişdim. Hələ heç vaxt cənnətin mövcudluğuna bu qədər inanmaq istəməmişdim. 31 yaşım var. Həmişə cəmi bir doğma bacım olub. İndi isə yüzlərlə doğma qardaşım var."

"Allah bütün şəhidlərə rəhmət etsin. Cənnət yox idisə belə, onlar üçün olmuş olsun. Qazilər də, yaralı ya sağlam, hər bir döyüşçü də başımın tacıdır. Yaxşı ki, bu dünyaya gəlmisiniz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO