Yuxusuzluqdan ölüm halı BAŞ VERİRMİ?

Yuxusuzluqdan ölüm halı BAŞ VERİRMİ?

Hazırda oxunan: Yuxusuzluqdan ölüm halı BAŞ VERİRMİ?

266587

İnsanların düşüncəsinə görə, yuxusuzluqdan ölüm halları mümkündür. Bunun isə həqiqət yoxsa mif olduğunu somnolog, professor, tibb elmləri namizədi, həkim Roman Buzunov açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, özünün Telegram kanalında bildirib ki, yuxusuzluqdan yalnız iki halda ölmək mümkündür.
 

Birinci halda — bu, fatal ailəvi yuxusuzluqdur. Bu zaman prionlar yuxu mərkəzlərinə zərər verir və yarım il ərzində insan ölür. İkinci halda isə — yuxu mərkəzlərinin zədələnməsi ilə baş verən insult. Bu zaman isə iki həftə ərzində ölüm baş verə bilər. Lakin fatal yuxusuzluq demək olar ki, çox geniş yayılmayıb və əsasən İtaliya və bəzi cənub ölkələrində rast gəlinir.


Buna baxmayaraq, somnolog qeyd edib ki, xeyli sayda xəstələr şikayət edirlər ki, iki həftə, bir ay, hətta üç həftə ərzində heç yatmırlar. Əslində isə belə deyil. Bu insanlarda yuxu qavrayışının pozulması fenomeni mövcuddur.

“Yaxşı xəbər isə, əgər belə demək mümkünsə, odur ki, insan belə yuxusuzluq zamanı, ay ərzində orta hesabla, yuxusuzluq diaqnozu qoyulmayacaq qədər yatır. Yuxu qavrayışının pozulması fenomenində insan düşünür ki, o yatmır, amma əslində yatır. Bəli, yaxşı yatmır, fasilələrlə oyanışlar olur, amma yuxunun ümumi müddəti dəyişmir.

Odur ki, narahat olmayın, sizin düşündüyünüz yuxusuzluqdan əsla ölməyəcəksiniz”, - deyə Roman Buzunov izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO