Vüqar Qurbanov ona vəzifə verdi - FOTO

Vüqar Qurbanov ona vəzifə verdi - FOTO

Hazırda oxunan: Vüqar Qurbanov ona vəzifə verdi - FOTO

266582

Astara Rayon Mərkəzi Xəstəxanasına yeni rəhbər təyin olunub.

Bizim.Media xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə bu vəzifəyə Bahadır Əhmədov gətirilib.

Qeyd edək ki, tibb xidməti polkovniki Bahadır Əhmədov əvvəllər hərbi hissədə tibbi xidmət rəisi vəzifəsində çalışıb. O, "Vətən uğrunda" medalı ilə təltif olunub və Vətən müharibəsində ön xəttdə yüzlərlə yaralının həyatının xilas edilməsində xidmətləri ilə fərqlənib.

Xatırladaq ki, xəstəxananın sabiq direktoru Oktay Əmənullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının rəhbəri təyin edilib. Bir neçə gün öncə isə Lənkəran RMX-nın direktoru Ağabala Kəlbiyev vəzifəsindən azad edilmişdi. (Metbuat.az)
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO