Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Neftçala və Tovuz rayonlarının inzibati ərazisində ağacların qanunsuz kəsilməsi halları aşkar olunub.
Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı Neftçala rayonunun Aşağı Surra kəndi və Tovuz rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 28 min 210 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:12 / 22.08.2025
Neftçala və Tovuzda təbiətə 28 min manatdan çox ZİYAN VURULUB
Hazırda oxunan: Neftçala və Tovuzda təbiətə 28 min manatdan çox ZİYAN VURULUB
Hazırda oxunan: Neftçala və Tovuzda təbiətə 28 min manatdan çox ZİYAN VURULUB
266560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.