Xəbər verdiyimiz kimi avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Bizim.Media xəbər verir ki, mərasimdə imzalanan sənədlərlə Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb.
Belə ki, “Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov imzalayıblar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:07 / 22.08.2025
Füzuli və Arxadağ şəhərləri QARDAŞLAŞIB
Hazırda oxunan: Füzuli və Arxadağ şəhərləri QARDAŞLAŞIB
Hazırda oxunan: Füzuli və Arxadağ şəhərləri QARDAŞLAŞIB
266551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.