Pərvanə Vəliyeva liderlər akademiyasında iştirak edəcək - FOTO

Pərvanə Vəliyeva liderlər akademiyasında iştirak edəcək - FOTO

Hazırda oxunan: Pərvanə Vəliyeva liderlər akademiyasında iştirak edəcək - FOTO

266548

Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva 24-29 avqust tarixlərində Almaniyanın Bonn şəhərində, BMT-in Parlament üzvləri üçün Qlobal Dəyişim Liderləri Akademiyasında (Global Changemakers Academy for Parliamentarians- GCAP) iştirak edəcək.

Bizim.Media xəbər verir ki, Akademiyada iştirak üçün 40-dan çox ölkədən, 130-dan çox müraciət daxil olsa da, sonda müsabiqə əsasında, 30 parlamentari seçilmişdir. 
 

Bonn şəhərində yerləşən UNFCCC iqamətgahında keçiriləcək proqram G20-in Qlobal Torpaq Təşəbbüsü tərəfindən, BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyası (UNCCD) və BMT Sisteminin Heyət Kolleci (United Nations System Staff College) ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. 


Məlumat üçün qeyd edək ki, GCAP parlamentarilərdən ibarət qlobal şəbəkədir, 10-u Avropa, 11-i Asiya, 29-u Afrika və 3-ü Karib regionundan olmaqla, hazırda 53 üzvü var. Azərbaycan şəbəkədə ilk dəfə olaraq təmsil olunacaq (Mərkəzi Asiya və Cənubi Qafqaz regionundan digər ölkələr seçilməmişdir). 

Ətraf mühit, iqlim dəyişmələri, biomüxtəlifliyin qorunması, səhralaşma ilə mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə ən yaxşı təcrübələrin, yenilikçi siyasətlərin təşviqi üzrə müzakirələr aparılacaq.

Bu kimi platformalarda təmsil olunmaq, iqlim dəyişmələri üzrə mübarizədə parlament diplomatiyasının rolunun gücləndirilməsinə töhfə verir.

Həmçinin, COP29 zamanı ölkəmiz tərəfindən əldə olunan uğurların tanıdılması baxımından da əhəmiyyətlidir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO