Mixalko Azərbaycandan gedir – FOTO

Mixalko Azərbaycandan gedir – FOTO

Hazırda oxunan: Mixalko Azərbaycandan gedir – FOTO

266546

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ölkədə dörd illik diplomatik fəaliyyətini başa vuran səfir Peter Mixalko ilə vidalaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə nümayəndəliyin feysbuk hesabında paylaşım edilib. 
 

“Aİ Nümayəndəliyi dörd illik dəyərli diplomatik xidmətini Azərbaycanda başa vurmuş səfir cənab Peter Mixalko ilə vidalaşdı. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsi yolunda göstərdiyi fədakarlıq və töhfə üçün ona dərin minnətdarlığımızı bildiririk. Cənab səfirə və xanımı Miroslava Mixalkovaya gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Azərbaycanda onlar üçün şübhəsiz darıxacağıq”, - məlumatda qeyd olunub.


Qeyd edək ki, Peter Mixalkonun adı gündəmə həm də məşhur məhkəmə işi ilə gəlmişdi.

Belə ki, onun rəhbərliyi dövründə nümayəndəliyin mühasibi Zərifə Abbasova Mixalkonun möhüründən istifadə etməklə 980 min manat vəsait mənimsəyib. İstintaqdan yayınan Z.Abbasovaya məhkəmənin hökmü ilə 10 il 6 ay müddətinə qiyabi həbs cəzası verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO