Kərbəlaya gedənləri aldadıb yarıyolda qoyan Masallı sakini TUTULDU - FOTO

Kərbəlaya gedənləri aldadıb yarıyolda qoyan Masallı sakini TUTULDU - FOTO

Hazırda oxunan: Kərbəlaya gedənləri aldadıb yarıyolda qoyan Masallı sakini TUTULDU - FOTO

266530

Bakı şəhəri ərazisində, eləcə də bölgələrdə çoxsaylı vətəndaşları İraqda yerləşən ziyarətgahlara aparmaq adı ilə aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirən şəxsi polis əməkdaşları saxlayıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
 

Bildirilib ki, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov “Instagram” sosial şəbəkəsində “Risalət Travel” adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar təşkil etdiyi barədə elanlar yerləşdirib.


Bu yolla o, səhifəyə müraciət edən xeyli sayda zərərçəkənin müxtəlif məbləğlərdə pullarını ələ keçirib. R.Şahbazov aldatdığı şəxslərə verdiyi vədi sonradan yerinə yetirməyib və zərərçəkənləri sosial şəbəkələrdə “bloklayaraq” onlarla olan əlaqələrini dayandırıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb.

R.Şahbazov təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda zərər çəkmiş digər şəxslərin də dairəsinin müəyyən edilməsi məqsədilə əlavə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına, DİN “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO