Qusardakı ağır qəzada yaralananların SON DURUMU

Qusardakı ağır qəzada yaralananların SON DURUMU

Hazırda oxunan: Qusardakı ağır qəzada yaralananların SON DURUMU

266521

Xəbər verdiyimiz kimi, Qusar rayonunda ağır yol qəzası baş verib. Belə ki, Qusar-Ləzə yolunun rayonun Çiləgir kəndindən keçən hissəsində "Nissan" markalı avtomobillə yük maşını toqquşub.
Nəticədə minik avtomobilində olan Bakı sakini, 39 yaşlı Məcid Qalib oğlu İbrahimov və Zərdab rayonunun Təzəkənd kənd sakini, 35 yaşlı Dilqəm Hüseyn oğlu Vəliyev ağır xəsarətlərlə Qusar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, TƏBİb yaralananların son durumu ilə bağlı məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qusarda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL/FOTO

 


“22.08.2025-ci il tarixində saat 12:30 radələrində Qusar rayonu Çiləgir kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi cinsli) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1986-cı il təvəllüdlü şəxsə döş qəfəsin əzilməsi, qarın boşluğunun küt travması, 1990-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması, qarın boşluğunun daxili qanaxması və müxtəlif nahiyələrin sınığ diaqnozları təyin olunub.

Zəruri tibbi xidmətlər göstərildikdən sonra hər iki şəxsin müalicələri Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir”, - məlumatda bildirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO