Hindistanda göyərçini həbs etdilər

Hindistanda göyərçini həbs etdilər

Hazırda oxunan: Hindistanda göyərçini həbs etdilər

266520

Hindistanın Cammu şəhərində polis göyərçini həbs edib.

Bizim.Media “The Indian Express”ə istinadla xəbər verir ki, onun ayağına bağlanmış məktubda yerli dəmiryol vağzalını partlatma hədəsi olan məktub olub.
 

Quş avqustun 18-də axşam saatlarında Pakistanla demarkasiya xəttinin yaxınlığında yerləşən Katmariya rayonunda yaxalanıb. Urdu və ingilis dillərində olan qeyddə “Kəşmir Azadlıq” və “Zaman gəldi” sözləri, habelə partlayıcı qurğunun köməyi ilə stansiyanın planlaşdırılan partladılması ilə bağlı xəbərdarlıq olub.  


Bu, göyərçin vasitəsilə xəbərdarlıq çatdırılmasına dair ilk hadisədir. Buna qədər Pakistan tərəfində müxtəlif mesajlar olan şarlar, bayraqlar və quşlar artıq havaya buraxılıb.

Təhlükəsizlik qüvvələri tədbirlərini gücləndirib: vağzalın və dəmir yol relslərinin mühafizəsi üçün kinoloqlar və istehkamçılar gətirilib, polis yüksək hazırlıq vəziyyətinə gətirilib. Mütəxəssislər bunun kiminsə zarafat hərəkəti və ya yaxşı düşünülmüş sui-qəsdin bir hissəsi olduğunu yoxlayır. (Yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO