İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs olundu - SƏBƏB

İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs olundu - SƏBƏB

Hazırda oxunan: İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs olundu - SƏBƏB

266500

Laçın Rayon İcra Hakimiyyətinin tabeçiliyində fəaliyyət göstərən Laçın Rayon Kommunal Müəssisələri Kombinatının mühasibi Fərman Cabbarov həbs edilib. 

Bizim.Media “Qaynarinfo.az”a istinadla xəbər verir ki, 1977-ci ildə Laçının Leninkənd kəndində dünyaya gələn, rayonun Qarakeçdi kəndində qeydiyyatda olan, ali təhsilli Fərman Cabbarova İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) inzibati xəta protokolu tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Fərman Cabbarov inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün müddətinə inzibati qaydada həbs olunub. 

Qeyd edək ki, Fərman Cabbarov əvvəllər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Laçın rayon şöbəsinin aparıcı mühasibi vəzifəsində çalışıb. O, 2010-cu ildə DSMF-nın Laçın rayon şöbəsinin sabiq müdiri Musa Musayevlə bərabər 2 il 6 ay müddətində həbs edilib. 
 

İttihama görə, Cabbarov Fərman Baloğlan oğlu 2004-cü ildən Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsində aparıcı mühasib vəzifəsində işləyərkən şöbənin müdiri Musayev Musa Rəfi oğlu və digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2007-2008-ci illər ərzində rüşvət almaqla 95 nəfər pensiya almaq hüququ olmayan və 15 nəfər əlillik müddəti qurtarmış şəxslərə qanunsuz pensiya ödənişləri aparılması ilə bağlı rəsmi sənədlərlə bilə-bilə yalan məlumat daxil ediblər.


Nəticədə Cabbarov etibar edilmiş özgə əmlakı olan cəmi 78 417 manat məbləğində pul vəsaitlərini israf etmə yolu ilə talayaraq dövlətə külli miqdarda ziyan vurub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO