Lənkəranda gecə saatlarında ağır yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin “Qalayçılar” ərazisində 1987-ci il təvəllüdlü Vüsal Azad oğlu Abıyev idarə etdiyi “QazEl” markalı yük avtomobili ilə yolda hərəkətsiz dayanan “Kamaz”a çırpılıb.
Nəticədə sürücü avtomobildə sıxılıb qalıb. Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunaraq xüsusi avadanlıqlar vasitəsilə onu avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Ağır xəsarət alan V.Abıyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu