4 min manat yanaraq kül oldu - FOTO

4 min manat yanaraq kül oldu - FOTO

Hazırda oxunan: 4 min manat yanaraq kül oldu - FOTO

266447

Vətəndaşın 4000 manat məbləğində pulu yanaraq yarasız hala düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Yanmış pul vəsaitinin yenilənib-yenilənməməsi məsələsi geniş müzakirəyə səbəb olub.

Adətən nominal aşağı olduqda, bu əskinasları atmağa üstünlük veririk. Bəs banknot 4000 manat və ya daha çox həddə olarsa, bu halda vətəndaşlar nə etməlidir?

Metbuat.az-ın məlumatına görə, Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən, zədələnmiş əskinaslar bir sıra hallarda dəyişdirilə bilər.
 

Qanuna əsasən, tədavülə yararlı, yararsız, lakin saxta olmayan və səthinin 60%-dən az olmayan hissəsi saxlanılmış əskinaslar banklar tərəfindən məhdudiyyətsiz qəbul edilməli və dəyişdirilməlidir. Bu tələb bütün banklara, onların filiallarına və Mərkəzi Bankın regional mərkəzlərinə aiddir.


Səthi tam olmayan əskinasların səthini müəyyənləşdirmək üçün xüsusi 200 damalı cədvəllərdən istifadə olunur. Zədələnmiş əskinasın saxlanılan hissələri damalı cədvəlin üzərinə qoyulur, sol yuxarı künclə uyğunlaşdırılır və perimetr boyu qırmızı qələmlə konturu çəkilir, konturun daxilində qalan tam damalar sayılır, konturun xətti ilə kəsilmiş damaların sayı yarı bölünüb tam damaların sayı ilə toplanılır.

Alınan damaların sayı 120-dən az olmadıqda əskinasın nominal dəyəri ödənilir. Mərkəzi Bankda dəyişdirilmə tam ödənişsiz həyata keçirilir.Kommersiya banklarında isə bu əməliyyat bankın tarif siyasətinə uyğun olaraq ödənişli və ya ödənişsiz ola bilər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO