Ağdamda heyvan kəsimi məntəqəsində QANUNSUZLUQ - FOTO

Ağdamda heyvan kəsimi məntəqəsində QANUNSUZLUQ - FOTO

Hazırda oxunan: Ağdamda heyvan kəsimi məntəqəsində QANUNSUZLUQ - FOTO

26644

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağdam rayonu, Mahrızlı kəndi ərazisində fəaliyyət göstərən, fiziki şəxs İmanov Emin Məhəmmədəli oğluna məxsus heyvan kəsimi məntəqəsində monitorinq keçirib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı məntəqənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi, kəsimi və satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçilərin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və dövrü olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq heyvan kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı müvafiq göstərişlər verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO