Qusarda yeni məktəbin tikintisi və digər məktəblərin təmiri ilə bağlı görülən işlərlə TANIŞLIQ - FOTO

Qusarda yeni məktəbin tikintisi və digər məktəblərin təmiri ilə bağlı görülən işlərlə TANIŞLIQ - FOTO

Hazırda oxunan: Qusarda yeni məktəbin tikintisi və digər məktəblərin təmiri ilə bağlı görülən işlərlə TANIŞLIQ - FOTO

266376

Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun bir sıra yaşayış məntəqələrində məktəb infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərlə tanış olub.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, şagirdlər üçün daha əlverişli tədris şəraitinin yaradılması istiqamətində aparılan tədbirlər çərçivəsində Gündüzqala, İmamqulukənd, Urva və Aşağı Ləgər kəndlərində mövcud məktəblərin əsaslı təmiri başa çatmaq üzrədir.
 

Rayonun Cibir kəndində isə müasir standartlara cavab verən yeni məktəb binası inşa edilib və son tamamlanma işləri həyata keçirilir. Layihəyə uyğun olaraq, məktəb binası müasir standartlara cavab verən laboratoriyalar, fənn kabinetləri, geniş sinif otaqları, idman zalı və digər zəruri tədris infrastrukturu ilə təmin olunacaq.


İcra başçısına görülən işlərin keyfiyyəti, tikinti normalarına uyğunluğu, istifadə olunan materialların keyfiyyəti barədə ətraflı məlumat verilib. Müvafiq tövsiyələrini verən S. Məmmədxanov qeyd edib ki, təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır.




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO