Bakıda ərəblər insanların başına butulka atdılar - VİDEO

Bakıda ərəblər insanların başına butulka atdılar - VİDEO

Hazırda oxunan: Bakıda ərəblər insanların başına butulka atdılar - VİDEO

266357

Bakıda ərəb turistlərin növbəti dəfə qalmaqallı hərəkətləri müzakirələrə səbəb olub.

Bizim.Media “Sfera.az”a istinadən xəbər verir ki, paytaxtın mərkəzində – İSR plazanın arxasında, Okean marketin üstündə yerləşən ərazidə bir qrup turistin insanlara qarşı yolverilməz davranışlar sərgilədiyi bildirilir.
 

Saytımıza göndərilən görüntülərdə onların əllərindəki su butulkalarını küçədə gəzən insanların üzərinə atdıqları əksini tapıb. Hadisənin şahidləri bu şəxslərin ərəb turistlər olduğunu iddia edirlər. Onların sözlərinə görə, həmin an ətrafda olan vətəndaşlar vəziyyətə sərt reaksiya göstərsə də, turistlər öz hərəkətlərini davam etdiriblər.


Xatırladaq ki, son günlər ərəb turistlərin Azərbaycanda davranışları bir neçə dəfə ictimai narazılıq doğurub. Belə ki, ötən günlərdə bir qrup ərəb turistin Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər etməsi də geniş rezonans yaratmış, sosial şəbəkələrdə sərt şəkildə tənqid olunmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO