SON DƏQİQƏ! İnternet probleminə kiberhücum səbəb olub – RƏSMİ

SON DƏQİQƏ! İnternet probleminə kiberhücum səbəb olub – RƏSMİ

Hazırda oxunan: SON DƏQİQƏ! İnternet probleminə kiberhücum səbəb olub – RƏSMİ

266346

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yaşanan internet problemi ARADAN QALDIRILDI


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib.

Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.

Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub.

Xatırladaq ki, bu gün Azərbaycanda internet problemi yaşanıb. Saat 14.30 radələrində başlayan problem 1 saata yaxın davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO