Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilib.
Bizim.Media “Qaynarinfo.az”a istinadən xəbər verir ki, bu barədə nazir Anar Əliyev müvafiq imzalayıb.
Fərid Zeynalov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib. ETX sabiq rəisi Rəsulov Samir Germanoviç isə müvafiq əmrlə vəzifəsindən azad olunub.
Fərid Zeynalov
1985-ci ildə Bakı şəhərində anadan olmuş Fərid Zeynalov hazırkı vəzifəsinə qədər DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. O, 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, 2019-cu ildən isə E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri olub.
Qeyd edək ki, Samir Rəsulov 2023-cü ilin avqust ayında ETX-nın rəisi təyin edilmişdi.
Samir Rəsulov
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:25 / 21.08.2025
Fərid Zeynalova yüksək vəzifə verildi - FOTO
Hazırda oxunan: Fərid Zeynalova yüksək vəzifə verildi - FOTO
Hazırda oxunan: Fərid Zeynalova yüksək vəzifə verildi - FOTO
266337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.