Masallıda mal-qarasını axtarmağa gedən şəxs su anbarında boğuldu – FOTO

Masallıda mal-qarasını axtarmağa gedən şəxs su anbarında boğuldu – FOTO

Hazırda oxunan: Masallıda mal-qarasını axtarmağa gedən şəxs su anbarında boğuldu – FOTO

266316

Masallı rayonunda su anbarında itkin düşən şəxslə bağlı axtarış tədbirləri aparılır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun İsi kənd sakini, 1958-ci il təvəllüdlü Mirmusa Güləhməd oğlu Aslanovun Viləşçay Su Anbarında boğulması ehtimal olunur.

Hadisə barədə məlumat verildikdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi dalğıc-axtarış qrupu göndərilib.

Şahidlərin sözlərinə görə, M.Aslanov ötən gün axşam saatlarında evdən çıxaraq öz mal-qarasını axtarmağa gedib. Lakin həmin vaxtdan onun barəsində heç bir xəbər alınmayıb. Kənd sakinləri tərəfindən aparılan axtarış zamanı Aslanovun şəxsi əşyaları su anbarının kənarında aşkarlanıb.

Hazırda 67 yaşlı Mirmusa Aslanovun tapılması üçün axtarışlar davam etdirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO