Ağdaşda ağır qəza: 3 ölü, 1 xəsarət alan var – FOTO 

Ağdaşda ağır qəza: 3 ölü, 1 xəsarət alan var – FOTO 

Hazırda oxunan: Ağdaşda ağır qəza: 3 ölü, 1 xəsarət alan var – FOTO 

26630

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı minik və "MAN" markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. 

Ağdaş təcili tibbi yardım stansiyasından verilən məlumata görə, ölən şəxslərdən 1986-cı il təvəllüdlü Niftalıyev Tofiq Məhəmməd oğlunun və yaralılardan 1977-ci il təvəllüdlü Həlləyev Şamil Əli oğlunun adı məlumdur.

Ölən şəxslərdən daha iki nəfər 113 təcili yardım xidmətinin avtomobili ilə Yevlax morquna aparılıb, şəxsiyyəti müəyyənləşdirilir. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO