Narkotik qəbul edib qəza törətdi - Həbs olundu

Narkotik qəbul edib qəza törətdi - Həbs olundu

Hazırda oxunan: Narkotik qəbul edib qəza törətdi - Həbs olundu

266280

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əhmədov küçəsində “Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək “Hyundai” markalı avtomobillə toqquşub.

Bizim.Media xəbər verir ki, sürücü Emil Xəlilov saxlanılıb.

Sabunçu RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.

Müayinə zamanı E.Xəlilovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Xəlilov 30 gün inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO