Xəbər verdiyimiz kimi, Şəmkirdə dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Faktla bağlı Azərbayan Qida Təhlükəsizliyi Agentliyindən Bizim.Media-ya bildirilib ki, hazırda məsələ araşdırılır.
“Agentliyin “1003-Çağrı Mərkəzi”nə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.
Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir”, - məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:35 / 21.08.2025
Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti MƏHDUDLAŞDIRILDI
Hazırda oxunan: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti MƏHDUDLAŞDIRILDI
Hazırda oxunan: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti MƏHDUDLAŞDIRILDI
266264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.