Paytaxtda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıblar - VİDEO

Paytaxtda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıblar - VİDEO

Hazırda oxunan: Paytaxtda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıblar - VİDEO

266233

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı İbrahim Müzəffərov, Səbuhi Həsənov, Əli Şərifov və Mətin Rzayev saxlanılıblar.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilir ki, onlardan ümumilikdə 16 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

 

Xətai Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin son bir ayda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərlə bağlı ümumilikdə 50 fakt müəyyən edilib. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

 

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı evlərdən birindən oğurluq edən, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş Emin Məmmədov saxlanılıb. Onun mənzildən 1 500 manat oğurladığı müəyyən olunub. E.Məmmədovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO