Dişlərinizin rəngi bəzi xəstəliklərdən xəbər verir - XƏBƏRDARLIQ

Dişlərinizin rəngi bəzi xəstəliklərdən xəbər verir - XƏBƏRDARLIQ

Hazırda oxunan: Dişlərinizin rəngi bəzi xəstəliklərdən xəbər verir - XƏBƏRDARLIQ

266226

Bir çox insan qar kimi bəyaz təbəssüm arzulayır, lakin ideal dişlərə sahib olanlar azdır.

Bizim.Media xəbər verir ki, ekspertlər dişlərdə qaralmalar, sarı ləkələr və ya ağ izlərin yalnız görünüşü korlamadığını, həm də sağlamlıq problemlərinin erkən əlaməti olduğuna dair xəbərdarlıq ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Gənclər ağızlarına “düşmən” kəsilib – Kütləvi diş çıxarma TRENDİ


Stomatoloq Allen Çjan bildirib ki, müasir vasitələr dişlərin rəngindəki dəyişiklikləri vaxtında aşkar etməyə imkan verir.

Məsələn, dişlərin saralması çoxlu çay və ya qəhvə içməyin nəticəsi ola bilər, lakin bəzən bu, qaraciyər problemlərinə də işarə edir.

Dişin boz rəng alması isə çox vaxt travmadan sonra yaranır və “ölü” dişi göstərir, həmçinin bəzi sistem xəstəliklərində emalın formalaşma pozğunluğu ilə də bağlı ola bilər.

Qəhvəyi ləkələr və zolaqlar kariyesin başlanğıcını, bəzən isə uşaqlıqda ftorlu vasitələrin həddindən artıq istifadəsinin nəticəsi olan ftorozun əlaməti ola bilər.
 

Ağ, təbaşirəbənzər ləkələr çox vaxt erkən kariyesi və ya emal qüsurlarını göstərir. Qara dişlər adətən irəliləmiş karies və ya ölü pulpanı göstərir, ləkəli emal isə diş emalını zəiflədən genetik pozğunluqlara işarə edə bilər.


Dünyada təxminən 3,7 milyard insan ağız boşluğu xəstəliklərindən əziyyət çəkir. Kariesin vaxtında müalicə edilməməsi abseslərə, dişlərin itirilməsinə, hətta həyati təhlükə yaradan infeksiyalara səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO